Bakı Xoreoqrafiya Akademiyası müəllimlərinin ustad dərsləri

21-22 may tarixində Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri - Əməkdar artist Eteri Cəfərova və Prezident təqaüdçüsü Akif Kərimli Quba rayon Mədəniyyət evində Quba, Siyəzən, Xaçmaz, ŞabranQusar rayonlarından olan istedadlı və rəqslə məşğul olan uşaq və yeniyetmələrə ustad dərsləri keçiblər. Ustad dərslərinin məqsədi regionlarda rəqs sənətinin incəliklərini təbliğ etmək, incəsənət məktəblərinin və özfəaliyyət dərnəklərinin peşəkar səviyyəyə çatmasına kömək göstərməkdir.

İnteraktiv şəkildə keçən dərslərdə Azərbaycan milli rəqs elementlərindən söhbət açılıb, müəllimlər tərəfindən bir çox rəqs hərəkətləri nümayiş etdirilib.

Mədəniyyət.- 2016.- 25 may.- S. 5.