“Azərbaycanda multikulturalizm yaşam tərzidir”

Azərbaycan TurizmMenecment Universitetində “Azərbaycanda multikulturalizm yaşam tərzidir” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransın açılışında universitetin rektoru Cəfər Cəfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov çıxış ediblər. 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ilielan edilməsinin və bu çərçivədə belə bir konfransın təşkilinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, respublikamız bu sahədə bir çox ölkələrə nümunə ola bilər. Dünyanın 13 ölkəsinin ali təhsil müəssisələrində Azərbaycanın multikulturalizm modeli fənn kimi tədris planına daxil edilib.

Konfransda 20-dək məruzə dinlənilib.

Mədəniyyət.- 2016.- 25 may.- S. 4.