“Azərbaycan islam mədəniyyətinin incisidir

Təbrizdə fotosərgi açılıb

Mayın 23-də İranın Təbriz şəhərində “Azərbaycan islam mədəniyyətinin incisidirmövzusunda fotosərginin açılışı olub. Mərasimdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi iştirak ediblər.

Təbriz bələdiyyəsinin muzeyində keçirilən fotosərgidə Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Astarabaşqa şəhərlərindəki məscidlərin böyük formatlı fotoları nümayiş etdirilir. Sərgidə həmçinin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki məscidlər haqqında materiallar yer alıb.

Sərginin açılışında qeyd olunub ki, erməni işğalçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini yalnız hərbi təcavüzə deyil, həm də mənəvi təcavüzə məruz qoyublar. ŞuşaAğdam şəhərlərindəki məscidlər ermənilər tərəfindən dağıdılıb. Bu, ermənilərin İslam mənəviyyatına təcavüzü deməkdir.

Mədəniyyət.- 2016.- 25 may.- S. 2.