Şabranda Səməd Vurğunun 110 illiyinə həsr olunmuş ədəbi-bədii təqdimat

Şabran rayon Mədəniyyət mərkəzində Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü tam orta məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həqiqət Əzimova şairin həyat və yaradıcılığı barədə danışıb.

Tədbirdə ədibin “Komsomol poeması” əsasında səhnəcik və “Vaqif” dramından parça nümayiş etdirilib. Cabir Əmrahovun quruluş verdiyi parçaların musiqi tərtibatçısı Teymur Məmmədəliyev, rəssamı Bəxtiyar Quliyevdir. Qulu Mövsümov, Zəfər Məmmədov, Əmirqulu Cümşüdov, Nurlan Ağayev, Atakişi Musayev, Nurlan Fərhadlı, Natiq Əliyev, Ellada Əliyeva və Seyran Əmrahovun ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Şəhər 4 nömrəli orta məktəbin müəllimləri Şəfa Babayeva, Aygün Bədəlova, 2 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey şagirdlərinin Səməd Vurğunun şeirlərindən ibarət hazırladıqları kompozisiya da maraq doğurub.

Mədəniyyət.- 2016.- 27 may.- S. 7.