Uşaq incəsənət məktəbinin yekun konserti

Qusar rayon uşaq incəsənət məktəbində 28 may - Respublika Günü münasibətilə 2015-2016-cı tədris ilinin yekun konserti təşkil olunub. Məktəbin direktoru Reyhan Bağışova çıxış edərək təhsil ocağının dərs ilində qazandığı nailiyyətlər barədə məlumat verib, fərqlənən bir qrup şagirdə diplomlar təqdim edib.

Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov müstəqil Azərbaycanın tarixində mühüm rol oynamış Xalq Cümhuriyyəti haqqında danışıb. Şöbə müdiri məktəbin kollektivini dərs ilində əldə etdiyi yüksək nəticələrə görə diplomla mükafatlandırıb. Tədbir geniş konsert proqramı ilə davam edib.

Mədəniyyət.- 2016.- 27 may.- S. 7.