Bədii qiraət müsabiqəsi

Səməd Vurğun adına Qax rayon Mədəniyyət mərkəzində "Azərbaycan - dünyam mənim" devizi altında bədii qiraət müsabiqəsi təşkil olunub. Mədəniyyət mərkəzi və filiallarının bədii qiraət dərnəyi üzvlərindən ibarət 35 nəfərin qatıldığı müsabiqədə iştirakçılar vətənpərvərlik mövzusunda səhnəciklər, ədəbi-bədii kompozisiya təqdim ediblər.

Güllük filialından Çiçək Muradova M.Gülgünün "Azərbaycan" şeirinin qiraətinə görə I, 2 saylı şəhər filialından Aysel Məmmədova (O.Rza - "Qarabağdan əlini çək") II, Tasmalı filialından Zalxa Cumayeva (X.R.Ulutürk - "Silahdaş") III yeri tutublar. Qaliblər Mədəniyyət və Turizm Şöbəsinin diplom və xatirə hədiyyələri ilə təltif olunublar. Digər iştirakçılara diplomlar verilib.

Mədəniyyət.- 2016.- 27 may.- S. 7.