Bratislavada Respublika Gününə həsr olunmuş tədbir

Slovakiyada səfərdə olan mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev bir sıra görüşlər keçirib

Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun təşəbbüsü təşkilatçılığı ilə Bratislava şəhərində 28 May - Respublika Gününə həsr olunmuş tədbirlərdə rəsmi görüşlərdə iştirak etmək üçün mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Slovakiyada səfərdədir.

Səfər çərçivəsində Slovakiyanın Mədəniyyət Nazirliyində dövlət katibi İvan Seçik ilə görüş keçirilib. Görüşdə 2017-2018-ci illərdə Azərbaycanda Slovakiyada təşkil ediləcək mədəniyyət tədbirlərində qarşılıqlı iştirak, incəsənət ustalarının müxtəlif kollektivlərin ezamiyyələri digər məsələlər müzakirə olunub. Söhbət zamanı ölkəmizdə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən uğurlu islahatlar, beynəlxalq tədbirlər barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyəti Bratislava şəhər filarmoniyasının baş direktoru, professor Maryan Lapşanski ilə görüş keçirib. Filarmoniya ilə ətraflı tanışlıqdan sonra fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Bratislava Simfonik Orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən ibarət konsertin təşkili yubileyin qeyd olunması barədə razılıq əldə olunub.

Mayın 25-də Slovak Dövlət Filarmoniyasında 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Slovakiyanın təhsil naziri Peter Plavçan, Mədəniyyət Nazirliyində dövlət katibi İvan Seçik, parlamentin deputatları, Bratislavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri burada yaşayan həmyerlilərimiz iştirak ediblər.

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib. Qeyd edib ki, ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə ağır vəziyyət hökm sürürdü, müstəqilliyin müqəddəratı təhlükə altına düşmüşdü. Ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan çətin inkişaf yolu keçərək, bu ağır dövrü arxada qoydu. Bu gün Azərbaycan güclü iqtisadiyyata malik dövlətdir, qarşılıqlı maraqlar, dostluq qonşuluğa söykənərək həm regiondakı, həm digər ölkələrlə münasibətlərini inkişaf etdirir. Sevindirici haldır ki, Azərbaycan Slovakiya arasında dostluq münasibətləri yüksək səviyyədədir.

Azərbaycanın Avstriya, Sloveniya Slovakiyadakı səfiri Qalib İsrafilov ölkəmizin Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından günümüzədək keçdiyi tarixi-siyasi inkişaf yoluna nəzər salıb. Səfir Azərbaycan Slovakiya arasında ikitərəfli münasibətlərin bütün sahələr üzrə uğurlu inkişafından məmnunluq ifadə edib.

Sonra Respublika Gününə həsr olunmuş konsert proqramı nümayiş etdirilib. Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə Xalq artisti, tarzən Ramiz Quliyev, Əməkdar artist, vokalçı Afaq Abbasova-Budaqovanın ifaları alqışlarla qarşılanıb.

Filarmoniyanın foyesində Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Azərbaycan nümayəndə heyətinin Slovakiyaya səfəri zaman parlamentlərarası dostluq qrupunda bir sıra nazirliklərdə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Tədbirlərdə Azərbaycanın Slovakiyadakı fəxri konsulu Cəlal Qasımov iştirak edib.

Mədəniyyət.- 2016.- 27 may.- S. 4.