The Business Year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib

Azərbaycanda turizmin inkişafına görə nazir Əbülfəs Qarayevə mükafat təqdim edilib

Mayın 25-də Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə “The Business Year-Azerbaijan 2016” nəşrinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. “The Business Year” ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu inkişaf meyilləri, biznes investisiya mühiti, aparıcı şirkətləri digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir.

Şirkət 2011-ci ildən Azərbaycanla əməkdaşlığa başlayıb ölkəmizə dair altı xüsusi buraxılış hazırlayıb yayıb. Nəşrin builki buraxılışındaÇoxqütblü dünyaya doğrumövzusunda IV Bakı Qlobal Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi, ayrı-ayrı dövlət hökumət başçıları ilə müsahibələr, bu il Bakıda təşkil olunacaq “Formula-1” Avropa Qran-prisi Dünya Şahmat Olimpiadasının hazırlıq mərhələlərinə həsr olunmuş materiallar, habelə Azərbaycanın dövlət qurumlarının, yerli ölkəmizdə fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin müsahibələri əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Business Year” nəşrinin artıq altıncı ildir ölkəmizin müasir inkişafını bütün sahələrdə dərindən təhlil edərək onun salnaməsini yaratması, dünyanın biznes işgüzar dairələrinə təqdim etməsi baxımından fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, nəşrin yaradıcı heyəti yüksək peşəkarlıqla Azərbaycanın müasir inkişaf tarixinin bütün sahələrini əhatə edən zəngin arxiv yaradıb.

Nəşrin 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyeviİlin adamıseçdiyini xatırladan Əli Həsənov həmin vaxt dövlətimizin başçısının rəhbərliyi ilə qazanılan mühüm uğurları diqqətə çatdırıb. Bildirib ki, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan dünyada sülhün əməkdaşlığın təbliğində fəal iştirak edib. Bundan başqa, dünyada kosmik klubun üzvünə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng enerji layihələrinin uğurla reallaşdırılmasına böyük töhfələr verib.

Prezident Administrasiyasının rəsmisi nəşrdə Azərbaycanın Şimal ilə Cənub Şərq ilə Qərb arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinin yüksək dəqiqliklə əksini tapdığını deyib. Azərbaycanın bu il iki böyük foruma - IV Qlobal Bakı Forumuna BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyi etdiyini deyən Əli Həsənov bu nailiyyətlərin nəşrin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

“The Business Year” nəşri Azərbaycanın əldə etdiyi bütün bu uğurları dərindən təhlil edərək həmin nailiyyətlərin əsasında Prezident İlham ƏliyeviDünyada ilin adamıseçib.

Bu təşəbbüsə görə nəşrin redaksiya heyətinə dərin minnətdarlığını çatdıran Əli Həsənov belə layihələrin Azərbaycanın beynəlxalq imicinin formalaşmasında təbliğində mühüm önəm daşıdığını söyləyib.

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə yanaşı, mədəniyyət turizmin inkişafına da göstərilən yüksək diqqət qayğıdan danışıb. Nazir bu sahədə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyətin turizmin inkişafına göstərdiyi diqqətdən ətraflı bəhs edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Azercellşirkətinin prezidenti Vahid Mürsəliyev, “The Business Year” nəşrinin baş redaktoru Leland Rays Azərbaycanda görülən işlərdən danışıblar.

Tədbirdə mükafatlandırma mərasimi olub. Qeyd edilib ki, “The Business Year” nəşri müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslər, kommersiya qeyri-hökumət strukturları üçün dünyadaİlin birincisimükafatını təsis edib.

Bildirilib ki, 25 illik müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın aparıcı ölkələri üçün nümunə hesab oluna bilər. Bütün bu nailiyyətlərin əldə olunması birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Göstərilən amilləri nəzərə alaraq Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Business Year” şirkəti İlham Əliyevi “2015-ci ildə dünyada ilin adamıseçib.

Sonra nəşrin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra şəxslərəİlin birincisimükafatları təqdim olunub.

Azərbaycanda turizmin inkişafına görəİlin ən dinamik sektorunun rəhbərimükafatı mədəniyyət turizm naziri Əbülfəs Qarayevə təqdim edilib.

Qeyd edək ki, “The Business Year” jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq altıncı dəfədir nəşr olunur. Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.

Mədəniyyət.- 2016.- 27 may.- S. 3.