AZTA nümayəndələri Mingəçevirin turizm imkanları ilə tanış olublar

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) Gəlmə turizm komitəsinin nümayəndələri Nahid Bağırov, Vüqar Hacıyev və Nəsimi Kərəmov turizm potensialının araşdırılması və turizm obyektlərinin vəziyyətinin təhlili məqsədilə Mingəçevir şəhərinə səfər ediblər.

Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılovla görüşən heyət daha sonra avarçəkmə bazası, Kür çayı sahili və Mingəçevir su anbarı sahilində yaradılmış çimərlik məkanları ilə tanış olublar. Yaxın gələcəkdə Mingəçevirin turizm imkanlarından ciddi yararlanmaq üçün birgə tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Mədəniyyət.- 2016.- 27 may.- S. 2.