Biləsuvarda ustad dərsləri

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq ustad dərsləri təşkil edilir.

Mayın 24-də Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Neftçala və Salyan rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, tar, qarmon, musiqi nəzəriyyəsi ixtisasları üzrə ustad dərsləri təşkil olunub. Dərsləri Bakı şəhər R.Behbudov adına 2, R.Hacıyev adına 15, G.Şaroyev adına 35 nömrəli musiqi məktəblərinin təcrübəli müəllimləri aparıb.

Mədəniyyət.- 2016.- 27 may.- S. 2.