"Baku Guide" bələdçi kataloqunun noyabr sayında

 

 

Payız ölkəmizdə paytaxt Bakıda mədəniyyət incəsənət layihələri, müxtəlif tədbirlərlə zəngin mövsümdür. Bu ilin payızı da istisna deyil. Oktyabrın son günlərində yekunlaşan caz festivalının ardınca paytaxtımız beynəlxalq teatr konfransına ev sahibliyi edəcək.

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun noyabr sayında da bu digər tədbirlər, ölkəmizin mədəni həyatında baş verən yeniliklər, eləcə paytaxt sakinlərinin qonaqların diqqətini çəkəcək hadisələr barədə dolğun yazılar, informativ materiallar yer alıb.

Bakı yenə dünya cazmenlərini bir araya toplamışdıbaşlıqlı məqalə 22-30 oktyabr tarixlərində Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı baş tutan ənənəvi festival haqqındadır.Unudulmaz melodiyaların doğulduğu evadlı məqalə caz musiqisi ilə bağlıdır. Yazıda virtuoz ifaçı, əfsanəvi cazmen Vaqif Mustafazadənin İçərişəhərdəki ev-muzeyindən, həyat yaradıcılığından söz açılır.

Azərbaycan əlverişli təbii-coğrafi şəraiti ilə hər zaman turistləri cəlb edən ölkədir. Bələdçi kataloqunun yeni sayındakı “İlin bütün fəsillərində - dünyanın hər yerindən” başlıqlı məqalə də bu barədədir. Yazıda ilin ötən dövrünün turizmlə bağlı göstəricilərinə nəzər salınır, xarici qonaqların ölkəmizə artan marağından bəhs olunur.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.16.