İşıqlar fotomüsabiqəsi başa çatıb

 

Oktyabrın 30-da Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi açıq qapı günü keçirilib. Tədbirdə oktyabr ayı üçün elan edilmiş İşıqlar adlı fotomüsabiqəyə yekun vurulub.

Müsabiqənin koordinatoru Vüsalə Zeynalova bildirib ki, yarışmaya 34 həvəskar və peşəkar fotoqraf 127 foto ilə qatılıb. Şərtlərə görə, fotolar son bir ildə çəkilməli idi. Bu səbəbdən də müsabiqəyə cəmi 86 foto qəbul edilib.

Qaliblər səsvermə yolu ilə seçilib. Elsevər Əliyev, Elxan Qəniyev və Aleksandr Fristov müsabiqənin qalibi olublar. Müəlliflərə diplomlar verilib.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.16.