Müstəqilliyimizin 25 illiyinə töhfə

 

Təsviri və tətbiqi sənət sərgiləri haqqında kitab işıq üzü görüb

 

Azərbaycan! deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

 

Vətənin müqəddəsliyini tərənnüm edən bu misralar ölməz şairimiz Məmməd Araza məxsusdur. Amma, etiraf etməliyik ki, varlığında yaradıcılıq eşqi, mənəvi dünyasında xüsusi istedadı olan insanların hər biri ilk növbədə öz təxəyyülündən süzülüb gələn ən gözəl düşüncələrini vətənə, doğma torpağa ünvanlayıb. İncəsənətin hansı sahəsinə nəzər salsaq, görərik ki, bu mövzuda qədər gözəl əsərlər var. Şairlər, bəstəkarlar, yazıçılar, dramaturqlar, rəssamlar, heykəltəraşlar üçün doğma vətənimiz ilham mənbəyidir. Dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin ölməz Səməd Vurğunun Azərbaycan şeirinin

 

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan! -

 

misralarını kövrələrək məğrurcasına deməsi böyük dövlət xadiminin vətən sevgisinin ifadəsidir. Azərbaycanımızı müstəqil görmək arzusunu həyata keçirən dahi şəxsiyyət elm incəsənətin bir çox sahələrinə dərindən bələd idi. Öz çıxışlarında incəsənət növlərinin tarixini dərindən öyrənməyin, bu istiqamətdə aparılan tədqiqatların vacibliyini vurğulayırdı. Elm incəsənət xadimləri onun müdrik tövsiyələrindən bəhrələnərək bir daha mədəniyyət tariximizin dünənini vərəqləyir, onları bu günün nailiyyətləri ilə əlaqələndirərək tarixi şəraitin incəsənətə təsirlərini üzə çıxarmağa çalışırlar. Müstəqillik dövründə təsviri tətbiqi sənət sərgilərinin elmi araşdırılması da bu istiqamətdə görülən mühüm işlərdəndir.

Mədəniyyət Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsində hazırlanan kitab təsviri tətbiqi sənətimizin erkən dövrlərindən bu günədək tarixinin ən maraqlı səhifələrini özündə ehtiva edir.

Kitab Azərbaycan Rəssamlar İttifaqının üzvü, müxtəlif beynəlxalq rəsm sərgilərinin təşkilatçısı laureatı, mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev tərəfindən tərtib olunub. Kitabda 2015-ci il dekabrın 22-də Muzey Mərkəzində keçirilən təsviri tətbiqi sənət nümunələrinin sərgisi işıqlandırılıb. Amma, bununla yanaşı, nəşrin əsas istiqamətlərindən biri bu sənət nümunələrinin tarixinin araşdırılmasıdır. Bu barədə sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyevanın tədqiqatları əsasında kitabda zəngin bir tarix təqdim olunur.

Azərbaycan sənətkarlığı dünən adlı bölmədə e.ə. III minillikdən başlayaraq yaranan zaman-zaman inkişaf edərək çağımızadək gəlib çatan təsviri tətbiqi sənətkarlığın müxtəlif məqamlarından bu günümüzlə bağlılığından bəhs olunur. Kitabdan sitat: Əcdadlarımızın dünyagörüşünü özündə əks etdirən göy cisimlərinin təsviri bu günə qədər dövlətimizin milli atributu olan bayrağımız üzərində səkkizguşəli ulduz aypara təsviri kimi əks olunmaqdadır. Ulduz ayın təsvirinə əsrlər boyu qadınlarımızın taxdığı Ay-ulduz adlanan sinəbəndlərdə, aypara formalı sırğalarda, xovlu xalçaların üzərindəki səkkizguşəli ulduz şəklində Gəncə, Qazax, Naxçıvan, Qarabağ Quba xalçalarında rast gəlmək olar.

Bu nümunəni misal gətirərək təsviri tətbiqi sənətin bu günlə bağlılığına keçid almaq istəyirik. Kitabın müvafiq bölməsində Elmi-Metodik Mərkəzin Elmi araşdırmalar şöbəsi tərəfindən hazırlanaraq sözügedən sərgidə təqdim olunan sənət nümunələri təhlil olunur, xırda başlıqlarla verilən sənətkarlıq nümunələrinin dünəni bu günü qarşılaşdırılır. Dekorativ-tətbiqi sənət, bədii keramika, bədii tikmə, batika, vitraj, xalçaçılıq, həsir, qobelen digər sənət növlərindən bəhs olunaraq bu istiqamətdə çalışan sənətkarların əl işlərinin sərgidən fotoları təqdim olunur.

Nəşr Azərbaycanda təsviri tətbiqi sənətin dünəni bu günü haqqında, habelə Azərbaycan incəsənətinin gələcək perspektivlərinin təzahürü baxımından qiymətli vəsaitdir.

Nəşr Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub. Kitabın buraxılışına məsul şəxslər - Mədəniyyət Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, AMEA-nın Memarlıq İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə, tərtibçi - mərkəzin Elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev, sənətşünaslıq elmləri doktoru Kübra Əliyeva, eləcə kitabın çapa hazırlanmasında iştirak etmiş mərkəzin əməkdaşlarının ümumi zəhməti ilə ərsəyə gələn nəşr müstəqilliyimizin yubileyinə layiqli töhfədir.

Oktyabrın 19-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə kitabın təqdimatı keçirildi. Mərkəzin əməkdaşları kitabın ərsəyə gəlməsində əməyi olmuş həmkarlarını təbrik edərək onlara gələcək işlərində uğurlar dilədilər. Müstəqillik yolu ilə irəliləyən Azərbaycanımızın da yolu uğurlu olsun.

 

Səadət Təhmirazqızı

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.15.