Buradan özümlə qucaq dolusu sevgi aparacağam...”

 

 

Xursənd Şerov: “Azərbaycanın muğam sənəti, musiqiçiləri, rəssamları Özbəkistanda hər zaman yüksək dəyərləndirilir

 

Xəbər verdiyimiz kimi, Özbəkistan müğənnisi Xursənd Şerov dünya şöhrətli Azərbaycan musiqiçisi, SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin şərəfinə Daşkənddən ölkəmizə velosipedlə yürüş edib. O, Səmərqənd, Buxara, Xivə şəhərlərini keçərək Türkmənistana, oradan da Bakıya gəlib.

Özbək ifaçı ilə paytaxtımızda görkəmli fırça ustası Əyyub Hüseynovun 100 illik yubileyinə həsr edilən sərgidə görüşüb həmsöhbət olduq. Müsahibim əvvəlcə ölkəmizin müstəqilliyinin 25-ci ildönümü münasibətilə xalqımıza xoş arzularını çatdırdı, sonra Azərbaycana səfər etmək ideyasının yaranmasından danışdı:

 

- Azərbaycanın əfsanəvi müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr etdiyim tarixi İpək Yolu üzrə səyahətim Bakıda tamamlandı. Ən böyük arzularımdan biri korifey sənətkarın məzarını ziyarət etmək onun ölməz mahnılarını oxumaq idi. Bu çətin şərəfli səfərimin reallaşmasında mənə kömək edən insanlar az olmadı. Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində bu səfərə çıxmağımla bağlı mərasim keçirildi. Onlar mənə böyük dəstək oldular. Buna görə mərkəzin direktoru Samir Abbasova xüsusi təşəkkür edirəm.

- Bakı ilə tanış ola bildinizmi?

- İnanılmazdır, mən Bakıdayam 2500 km yol qət etmişəm. Sübh çağından Bakını velosipedlə gəzirəm şəhər məni heyran edir. Səfərimdən çox məmnunam. Mənim dostlarım tələbələrim burada olmuşdular Azərbaycan, Bakı haqqında ağızdolusu danışırdılar. Bir gün buraya gəlmək istəyimlə, özümə ustad saydığım Müslüm Maqomayevə həsr etdiyim ideya üst-üstə düşüncə necə şad olmayasan. İnsanların xoş rəftarı, isti münasibət - özümü doğma evimdəki kimi hiss edirəm. Azərbaycan Özbəkistan həmişə yaxın, qardaş ölkə olublar. Qoy, bu dostluq, qardaşlıq əbədi olsun. Burada çoxlu dostlarım var. Bizi mədəniyyətimiz, ortaq dəyərlərimiz daha da yaxınlaşdırır. - Azərbaycanın mədəniyyəti haqqında əvvəldən məlumatınız vardımı?

- Mən Azərbaycan mədəniyyəti, incəsənəti haqqında çoxdan məlumatlıyam. Teatr İnstitutunu bitirmişəm Üzeyir HacıbəylininArşın mal alan”ında Əsgər bəyi oynamışam. Azərbaycanın muğam sənətini, musiqiçilərini, rəssamlarını yüksək dəyərləndiririk. Özbəkistanda ölkənizin tarixini çox yaxşı bilirlər. Nizami, Füzuli, Nəsimi, Səməd Vurğun, Nəbi Xəzri başqa şairləriniz bizdə yaxşı tanınır.

- Bölgələrimizi gəzmək imkanınız olubmu?

- Sovet dövründə hərbi xidmət zamanı azərbaycanlı dostlarım var idi. Onların sayəsində Lənkəran, Naxçıvan, Zaqatala, Gəncə haqqında müəyyən təsəvvürlərim yaranmışdı. Sonralar çalışdığım teatrla Azərbaycana qastrol səfərlərinə gəlmişdim. Amma bu gün Bakı tamam başqa bir şəhərdir. Dənizkənarı bulvar, küçələr, istirahət parkları göz oxşayır. İnsanlar Səmərqənddən olduğumu biləndə şəhərimiz haqqında yüksək fikirlər söyləyirlər. Mən bu xoş sözlərin qat-qat artığını Bakıya həsr edirəm.

- Hazırda Özbəkistanda hansı işlə məşğul olursunuz?

- Ali təhsilimi Daşkənddə almışam. Özbəkistan Dövlət Televiziyasında teatrda çalışmışam. HazırdaRegistanfolklor kollektivinin rəhbəriyəm.

- Bugünkü sərgi haqqında düşüncələriniz maraqlı olardı.

- Nümayiş olunan rəsm əsərləri ilə tanışlıqdan bu nəticəyə gəlirəm ki, həqiqətən , incəsənətimiz çox yaxındır. Onu da qeyd edim ki, bizdə bu gün toylarda, el şənliklərində Azərbaycan mahnıları daha çox ifa edilir. Dilimizdə əzbər olan belə nəğmələrdən biri musiqisi Emin Sabitoğluna aid olanŞirin dilmahnısıdır.

- Yenidən Azərbaycana gəlmək arzunuz varmı?

- Özümlə Azərbaycan Bakıdan çoxlu foto-video materiallardan əlavə, bir qucaq dolusu sevgi aparacağam. O sevgi ki, bizim dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndirir. Təbii ki, yenə buraya gəlmək istərdim. Fikirlərimi ustadım Müslüm Maqomayevin ifa etdiyi ən populyar mahnının bu sözləri ilə bitirmək istərdim: Ey əziz anam, Azərbaycan! Sənə bağlıyam, Azərbaycan! Bakı, mən səni sevirəm!

Qeyd edək ki, Xursənd Şerov Azərbaycan mədəniyyətinin musiqisinin təbliği sahəsindəki xidmətlərinə görə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanına xüsusi mükafatına layiq görülüb.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.10.