Yapon turistlər üçün Azərbaycan bələdçisi

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkədə Xəzərin incisi - Azərbaycan adlı bələdçi nəşr hazırlanıb.

Nəşrin müəllifləri Toho Media Planning şirkətinə məxsus Sekai Guide (Dünya bələdçisi) internet portalının yazarları xanım Yukiko Tadama Motomi Sakidir.

Nəşrdə Azərbaycanın coğrafi mövqeyi, əsrarəngiz təbiəti, tarixi abidələri müasir tikililəri barədə yapon oxuculara ətraflı məlumat verilir. Qeyd edilir ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan bu dövrdə böyük nailiyyətlər qazanıb, regionun lider dövlətinə çevrilib. Paytaxt Bakıda regionlarda aparılan nəhəng quruculuq işləri nəticəsində ölkənin turizm potensialı xeyli inkişaf edib, müasir hotellər şəbəkəsi yaradılıb, keyfiyyətli yollar salınıb. Azərbaycanın beynəlxalq tədbirlərin, musiqi festivallarının idman yarışlarının keçirildiyi mərkəzlərdən birinə çevrilməsi ölkəyə turist axınına səbəb olur.

80 səhifədən ibarət nəşrdə Azərbaycanın turizm imkanları ilə tanınan Quba, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay digər rayonları haqqında məlumatlar verilib. Qeyd edilir ki, viza prosedurlarının sadələşdirilməsi Azərbaycana turist axınının artmasına təkan verib.

Yüksək poliqrafik keyfiyyəti ilə seçilən nəşrdə Azərbaycanın zəngin mətbəxi, regionlara səyahət marşrutları, gündəlik həyatda daha çox işlənən sözlər barədə məlumatlar da əksini tapıb.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.8.