Dünya teatr mütəxəssislərinin ənənəvi görüş yeri

 

 

 IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində

 

 

Gələn həftə paytaxtımız daha bir mötəbər mədəniyyət tədbirinə ev sahibliyi edəcək. 7-8 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizmteatrmövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Noyabrın 5-dən etibarən dünyanın 37 ölkəsindən teatr biliciləri və nəzəriyyəçiləri, sənət xadimləri Bakıya gəlməyə başlayacaqlar. Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək konfrans çərçivəsində ənənəvi olaraq seminar və treninqlər də nəzərdə tutulub.

Qəzetimizin ötən saylarında beynəlxalq konfransın iştirakçılarının bir qismi haqqında məlumatlar vermişik. Teatr forumunun daha bir neçə iştirakçısını təqdim edirik.

 

Ermile Mesxiya (Gürcüstan) Batumi İncəsənət Universitetinin rektoru, professordur. Universitet incəsənətin dörd istiqaməti - kino, teatr, musiqi və təsviri sənət üzrə akademik təhsil verən ali təhsil ocağıdır. Professor E.Mesxiya konfransda «Çoxmədəniyyətli cəmiyyətdə idarəetmə və kadr hazırlığının müasir problemləri» haqda məruzə edəcək.

 

Varnas Saulyus (Belarus) 2014-cü ildən Mogilyov Dram Teatrının baş rejissorudur. Litva, Rusiya, Ukrayna, Polşa, Almaniya, Hindistan, Albaniya digər ölkələrdə keçirilmiş beynəlxalq teatr festivallarının laureatı diplomantıdır.

Devid Pərriş (Böyük Britaniya) daha çox yaradıcılıq biznesinə həsr olunmuş kitabların müəllifi kimi tanınır. İnformasiyalarla dolğun, həm əyləndirici ilhamverici çıxışları ilə məşhur olan D.Pərriş bu mövzuda uğur hekayələrini böyük ustalıqla oxucuya çatdırır. O, Bakıda «Teatr, multikulturalizm qloballaşma: incəsənət üçün yaradıcı imkanlar» mövzusunda çıxış edəcək.

 

Pilar Almansa (İspaniya) «La Pitbull Teatrı»nın yaradıcısı baş rejissoru, prodüser, dramaturq pedaqoqdur. Mədəniyyət sahəsində idarəçilik karyerasında uğurlar qazanmış xanımdır. Konfransda «Multikulturalizm qarışıq reallıq (texnologiyalar sayəsində tamaşanın təsirini artırmaq imkanları mövzusunda fikir təcrübəsini iştirakçılarla bölüşəcək.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.7.