Beynəlxalq konfransda qaçqın teatrlarımızın vəziyyətindən söz açılıb

 

İranın paytaxtı Tehranda keçirilən beynəlxalq teatr konfransında ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev təmsil edir. O, konfransda Azərbaycan teatrı və onun inkişaf yolları mövzusunda məruzə ilə çıxış edib.

Ə.Lalayev çıxışında cəmiyyətdə teatrların yerirolu barədə danışaraq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən sonra qaçqınlıq və köçkünlük şəraitində fəaliyyətini davam etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, AğdamFüzuli dram teatrlarının hazırkı fəaliyyətindən, vəziyyətindən, onlara göstərilən dövlət qayğısından söz açıb. Müharibə zamanı bu sənət məbədlərinə ciddi ziyan dəydiyini, onların əmlaklarının, səhnə dekorasiyaları, rekvizit və səhnə geyimlərinin döyüş bölgələrində qalaraq talan edildiyi, binalarının dağıdıldığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, iki gün sürən konfransa İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Tunisbaşqa ölkələrdən mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri qatılıb.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.7.