Sakit Məmmədov Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvüdür

 

Əməkdar rəssam, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib.

Qeyd edək ki, tanınmış rəssam Vətən övladı qızıl ordeni, Dədə Qorqud mükafatı, Leonardo da Vinçi medalı, Avropanın şərəfi ordeni, Rusiyanın nüfuzlu Minilliyin adamı mükafatına, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı tituluna layiq görülüb.

Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət heyəti də Sakit Məmmədovun təsviri sənətin inkişafına şəxsi töhfəsini nəzərə alaraq, onu K.Şpitsveq medalı ilə mükafatlandırıb.

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.7.