Şəhər turizminin inkişafında mədəniyyətin rolu

 

Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının Şəhər turizmi üzrə 5-ci Qlobal Sammiti başa çatıb

 

Xəbər verdiyimiz kimi, 1-2 noyabr tarixində Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit"i keçirilib. Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Sammitin birinci günü "Perspektivlər çətinliklər" mövzusunda panel iclası keçirilib. İclasda çıxış edən Əbülfəs Qarayev şəhər turizmi, bu turizm növünün inkişaf perspektivləri, onun sosial iqtisadi təsirləri potensial problemlər haqqında danışıb.

Sammitin ikinci günü panel iclasında Azərbaycanın mədəniyyət turizm naziri moderator qismində çıxış edib.

"Şəhər turizminin inkişafında mədəniyyətin rolu" mövzusunda keçirilən panel iclasında mədəni turizm, eləcə maddi qeyri-maddi irs elementlərinin şəhər turizmində rolu bir sıra digər mühüm məsələlər müzakirə olunub.

 

 

 

Panel iclasının açılışında çıxış edən nazir Əbülfəs Qarayev mədəniyyət şəhər turizmi arasındakı münasibətlərdən, mədəni elementlərin turizmin inkişafında istifadə edilməsi yollarından, eləcə ölkəmizdə bu istiqamətdə görülən işlərdən danışıb.

Mədəniyyət turizmin qarşılıqlı əlaqəsindən bəhs edən nazir 2017-ci ildə ölkəmizdə keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib panel iclasının iştirakçılarını, eləcə tədbirin qonaqlarını foruma dəvət edib.

Həmin gün "Şəhər turizmi üzrə 5-ci Qlobal Sammit" öz işini başa çatdırıb.

Xatırladaq ki, sammitdən öncə, 31 oktyabr - 1 noyabr tarixlərində Misirin Luksor şəhərində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan 2017-ci il üzrə İcraiyyə Şurasının sədri seçilib.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.3.