Müasir fotoqrafiyanın əsasları” mövzusunda treninq

 

 

Masallı şəhərindəki “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Müasir fotoqrafiyanın əsasları” mövzusunda treninq keçirilib.

Heydər Əliyev Mərkəzi və “Regional İnkişafİctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə gerçəkləşən tədbirdə tanınmış rejissor, operator, ssenarist İsrafil Ağazadə region gəncləri və ali məktəb tələbələrinə foto çəkilişinin sirlərindən bəhs edib.

Treninq zamanı fotoqrafiya sənətinin əsasını təşkil edən amillər - fotokompozisiya, işıqlandırma, rakurs, ekspozisiya və digər məqamlar, eləcə də yeni rəqəmsal texnologiyaların imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu gün müasir fotoqrafiya həm də geniş dünyagörüşü tələb edir.

Mühazirədən sonra gəncləri maraqlandıran suallar ətrafında diskussiya olub.

İsrafil Ağazadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.V.Qalperinin emalatxanasında təhsil alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Portret, şəhər həyatı, idmans. janrlarda fotoların müəllifidir.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.5.