Sərhədsiz mədəniyyət festivalında Azərbaycan guşəsi

 

Norveçin paytaxtı Osloda 20-dən çox təşkilatı özündə birləşdirən Saqene könüllülər mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə fotomüxbir Rüstəm İsmayılovun müəllifi olduğu Azərbaycan guşəsi adlı fotosərgi nümayiş olunub.

Fotosərgi Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilib.

Früset kitabxanasında 10-dan artıq ölkənin mədəniyyətinin təqdim olunduğu Sərhədsiz mədəniyyət festivalında da nümayiş olunan sərgidə R.İsmayılovun 25 fotoəsəri yer alıb.

Sərgiyə gələnlər bu fotolar vasitəsilə bir daha Azərbaycan tarixi, mədəniyyəti və tolerantlığının təcəssümünün şahidi olublar.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.5.