Mingəçevir Turizm Kollecində tələbələrin elmi konfransı

 

 

Noyabrın 1-də Mingəçevir Turizm Kollecində “Dayan! Dünya bizim evimizdir!” mövzusunda tələbələrin elmi-nəzəri konfransı keçirilib.

Kollecin direktoru Əyyub Əyyubov tədbiri açaraq bu cür elmi-nəzəri konfransların əhəmiyyətindən, tələbə-gənclərin elmi bilikləri ilə yanaşı, dünyagörüşlərinin inkişaf etməsində rolundan bəhs edib. Xüsusilə qlobal məzmun daşıyan məsələlərin müzakirəsinə diqqət yetirilməsinin vacibliyi qeyd olunub.

Sonra kollecin tələbələri müxtəlif mövzularda məruzə ilə çıxış ediblər.

Kollecin direktoru konfransın işinə yekun vuraraq bildirib ki, bütün bu məruzələr tələbə elmi cəmiyyətinin katibliyində toplanacaq və tədris ocağının nəşr etdiyiTurizm və təhsil” jurnalının növbəti nömrəsində dərc olunacaq.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.8.