Azərbaycan yeni istiqamət
kimi Fransanın turizm
şəbəkəsində
Noyabrın 2-də Azərbaycan yeni turizm istiqaməti kimi Fransanın Promovacances turizm şəbəkəsinə (promovacances.com) daxil edilib. Şəbəkənin internet saytında ölkəmizin mehmanxanaları haqqında məlumatla tanış olmaq mümkündür.
1998-ci ildən promovacances.com saytı vasitəsilə turizm xidməti göstərən şirkət 2001-ci ildə Karavel qrupu tərəfindən alınıb və hazırda Fransanın lider turistik brendidir.
Promovacances turizm şəbəkəsinin
ölkə daxilində
50 filialı var. Hər
ay şəbəkəyə 4 milyon insan müraciət
edir. Şəbəkə 120 istiqamətdə 10 mindən çox turistik səfər təşkil edir və ildə 40 milyon səyahət həvəskarının arzusunu
reallaşdırır.
Qeyd edək
ki, Azərbaycanın Promovacances turist şəbəkəsinə daxil
edilməsi ölkəmizdə
turizmin inkişafına
dair həyata keçirilmiş layihələr,
dövlət proqramları
və islahatların bəhrəsidir. Görülən tədbirlərin nəticəsində ölkəmizdə
turizmin inkişafı
üçün yaranan
münbit şərait
artıq xarici şirkətlərin diqqətini
cəlb edir və turist axını yaradır.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.8.