Multikulturalizm həyat tərzidir”

 

 

Yasamal rayon MKS-nin Mərkəzi kitabxanası rayondakı Heydər Əliyev Mərkəzində “Multikulturalizm həyat tərzidir” adlı tədbir keçirib.

Tədbiri Yasamal MKS-nin direktoru Vəfa Quliyeva açaraq ölkə Prezidentinin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ilielan edilməsinin əhəmiyyətindən bəhs edib.

MKS-nin əməkdaşı Elvira Məmmədova “Multikulturalizmin Azərbaycan modeli” adlı məruzə ilə çıxış edib.

Rayon İcra Hakimiyyəti İctimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin elmi katibi Hüseyn İbrahimov və digər çıxış edənlər bildiriblər ki, ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.12.