Tbilisidəki Azərbaycan Dram Teatrında yeni tamaşa

 

 

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı mövsümə yeni tamaşa ilə başlayıb. Kollektiv noyabrın 1-də tanınmış gürcü yazıçısı dramaturqu Davit KldiaşvilininDarispanın əziyyətiəsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə çıxış edib.

Azərbaycan, türk gürcü dillərində oynanılan tamaşa ağır sosial vəziyyətə görə gənclərin ailə qura bilməməsindən bəhs edir. Əvvəllər mülkədar olan sonradan var-dövlətini itirən dörd qız atası Darispan övladlarının ailə qurması üçün cəhd göstərir. Lakin məlum olur ki, o, tək deyil. Kasıb ailələrin çoxunun qızları evdə qalıb.

Azərbaycanlı, türk gürcü aktyorlar kasıb təbəqənin üzləşdikləri problemləri ustalıqla tamaşaçılara çatdıra biliblər.

Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladze, rejissoru Davit Nikoladzedir. Rolları Aslan Məmmədov, Leyla Qasımova, Turqay Vəlizadə, Laura Rexviaşvili, Namiq Musayev, Aysel Məmmədova Türkiyədən dəvət olunmuş aktyor Necati Zengin oynayıblar.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Azərbaycan səfirliyinin müşaviri Samirə Ağayeva, Türkiyə səfirliyinin əməkdaşları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin seyr etdikləri tamaşa maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.13.