“Cadugər və gözəl”

 

 

Oyuq” teatr-studiyasının tamaşası

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası yeni səhnə işi ilə tamaşaçılarının görüşünə gələcək. Noyabrın 8-də balaca istedadların təqdimatında “Cadugər və gözəl” tamaşasının premyerası keçiriləcək.

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə nümayiş olunacaq tamaşanın ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Məşhur nağıl qəhrəmanlarının, balacaların sevimli cizgi filmi personajlarının toplandığı tamaşa-buketin ardınca studiyanın istedadlarının təqdimatında rəngarəng konsert proqramı da təqdim olunacaq.

Əsas rolları studiyanın həvəskarları Vüsalə Bəkirzadə, Mətin Vəzirov, Aysun Əlimirzəyeva, Arif Əliyev, Məryəm Əsədova, Ağa Seyidov, Ayşə Cəfərli, İsmayıl Əliyev, Selcan Xatun, Aylin Nəcəfli ifa edirlər.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.13.