“...Qoy o da Eldənizimiz olsun!”

 

 

Bunu - Eldəniz Zeynalovun doğum xəbərini eşidən Səməd Vurğun deyib...

 

İncəsənət adamları səhnələrdə, emalatxanalarda, müxtəlifpult”lar arxasında yarada-yarada öz obrazlarını da yaradırlar. Bəzilərininki qol-budaqlı roman formulunda olur, bir çoxlarınınkı müxtəsər statik hekayət, bir qismininki dramatikşəkil”lərdə...

İndi görək məşhur aktyorumuz, Xalq artisti Eldəniz Zeynalov buşəkil”lərdən hansına sahibdir.

 

Əvvəla

 

qeyd edək ki, Zeynalov Eldəniz Məmməd oğlunun doğumu da siyasi cəhətdən hədsiz dramatik ilə təsadüf edir; 1 yanvar 1937. Amma həm poetik-estetikşəcərə qapsamında; zamanın ünlü sənətkarı Həsənağa Salayev nəsli çevrəsində. Eldəniz bu doğma dayının təşviq-təşkililə hələ məktəbliykənAzdram”ın bir çox tamaşasında uşaq rolları oynayıb.

Daha sonra Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olunan Eldəniz tələbə ikənƏhməd haradadır?”da əsas rollardan birinə çəkilib. Ali məktəbi bitirdiyi ildən (1962) Akademik Dram Teatrında işə başlayıb. İlk rolu (“Seviltamaşasında Gündüz) ilə teatrsevərlərin diqqətdövriyyə”sinə daxil olub. Ovaxtdan ta ömrünün sonuna qədər ölkənin baş teatrında olduğu kimi, 50-yə yaxın müxtəlif səpkili filmlərdə, radio-televiziya tamaşalarında, dövrün ictimai ifşabrend”i sayılanMozalansatirik kinojurnalının saysız-hesabsız süjetlərində yaddaqalan obrazlar yaradıb.

Azərbaycandan kənarda da kinematoqrafçıların diqqətini cəlb edən görkəmli aktyorDulsineya Tobosskaya” (“Mosfilm”), “Təyyarələr enmədi” (“Özbəkfilm”) kimi filmlərə çəkilib. İştirak etdiyi səsləndirdiyi Azərbaycan filmlərinin sayı isə bir qəzet yazısına sığası deyildir, - deyə, əminliklə söyləyəcəyim bir qənaət naminə, onun özünün məşhur “Ay yoldaş, emotsiya, emotsiya!” (Yaşar NurininAlə, bir az diri oynayın dəə!”) epizodunu rejissor”un kəndlilərə umu-küsüylə ərz etdiyi “...belə olar , xarici kinolara yüz dəfə baxırsız, öz kinolarımıza heç dəfə!” replikasını xatırlatmaq istəyirəm. Qənaətimsə bundan ibarət ki, Eldəniz Zeynalovun - çoxunda əlahiddə-aksental, bir neçəsində maksimum-ştrixal səpki-səviyyədə iştirak etdiyiBir cənub şəhərində”, “Əhməd haradadır?”, “Yeddi oğul istərəm...”, “Babamın babasının babası”, “Bəyin oğurlanması”, “Həyat bizi sınayır”, “Yol əhvalatı s. filmlərə yüz yoldan çox baxılıb hələ min dəfələrlə baxılacaq...

Respublikanın Əməkdar artisti, Xalq artisti fəxri adlarına, “Humaymükafatına layiq görülmüş sənətkar 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.

Bunlar rəsmi mənbə statistik-kütləvi xatirələrdəki Eldəniz Zeynalov. Qaldı dost-doğma, məxsusi -

 

Seçilmişxatirələr...

 

Çox seçkin, özünəməxsus sənət həyat yaşamış bu aktyorun oğlu (bəzi səbəblərdən layiqincə tanınmayan) rejissor Elbrus Zeynalovun mətbu səhifələrdə çizgilədiyiEldəniz Zeynalov obrazıbir çox maraqlı mətləblərə aydınlıq gətirir. Oğul Zeynalov da, incəsənət ictimaiyyətinin belə bir qənaətini təsdiq edir ki, ata Zeynalovun kinoda yeganə baş rolu, fundamental ekran məhsuluBir cənub şəhərində”ki Tofiq obrazı olub. Elə yaratdığı saysız-hesabsız obrazlar içərisində ən çox bəyəndiyi məhz Tofiq idi...” - deyir Elbrus.

Ola bilər. Amma zövqlər müxtəlifdir. Məsələn, bəndəniz onunƏhməd haradadır?” musiqili kinokomediyasındakıRəngsaz Əhməd”ini daha rəngarəng-kolorital obraz kimi qəbul edir.

Oğlunun dediklərindən: “Çox zarafatcıl, başdan-başa yumor damarlı, ən bəd kədərini zarafata çevirən atamın yoxluğunu ciddi məqamlarda daha çox hiss edirəm. Münaqişə sevən adam deyildi, küsülü qalmağı xoşlamazdı. Heç başqalarının da küsülü qalmasına imkan verməz, bir-ikimonoloq məhrəmanə dialoqla ayrılmaq ərəfəsində olan ailələri barışdırardı. Təmiz insan idi. Bizə deyirdi, hansı peşədə olursunuz-olun, çörəyinizi halal qazanın. Hərdənpavilyonəhvalatlarından da danışardı. Onlardan birini mentalitet hekayətiadlandırırdı. Bir cənub şəhərində”yə çəkilərkən Tofiq - atam, ssenariyə uyğun olaraq, qızı qucaqlamalıymış. Amma aktrisa buna razılıq verməyib. Rejissor qədər israr etsə , qızyumşalmayıb çəkiliş dayanıb. Atam rejissora pıçıldayıb ki, narahat olma, işıqları söndür, mən onu qəfildən qucaqlayacam. Belə edirlər. İşıqlar sönən kimi, atam onu necə qucaqlayırsa, qız başlayır qışqırmağa. Rejissor göstəriş verir ki, dayanmayın, çəkin. Bir sözlə, həmin filmdəki o epizodbədiideyil; qız həqiqən çığır-bağır edir, qışqırır.

Bir neçə filmdə macəraları olub, bir çoxu da atamın ziyanına. Məsələn, “Yeddi oğul istərəmfilmindəki Mirpaşa obrazını əvvəlcə ona həvalə etmiş rejissor atamın atdan qorxduğunu biləndə, rolu başqasına verib.

Atamın adını Səməd Vurğun qoyub. Babamgilə qonşu Abdulla Şaiqgildə tez-tez olan şair Yeni ilin ilk gecəsi məclisindəqonşu Məmməd kişinin oğlu olubxəbərini eşidəndə deyib: “Aya, a Həsənağa (H.Salayev - red.), Aybənizimiz var, Gülbənizimiz var, qoy bu da olsun Eldənizimiz!”

Nəhayət... Dünyasını dəyişəndə yastığı altından bir kağız çıxdı. Yaxın dostları Telman Adıgözəlov Mikayıl Mirzəyə yazmışdı ki, mən həyatda olmayanda uşaqlarımı sizə əmanət edirəm...”

 

Belə...

 

Tez-tez gülər üzünə, şən zarafatlarına, “alayıca süfrə zövqünəgələn dost-tanışları da, artıqölümün döyməyə başladığıqapısını az açırmışlar. Belə şeylərə təəssüflənsə , tamaşalarda yaratdığı obrazların hələ yaddaşlarda yaşamasına, böyük ekran yadigarlarının uzun illər unudulmayacağına əminliyi, onu, başı üstünü kəsdirmiş ölüm kabusu qarşısındazəlili-məğlubiyyətduyğularından xilas edirmiş. Qaraciyər serrozu, ağır ürək ağrıları, olmazın ağrı-əzablar yaşayan, şəkər xəstəliyi səbəbindən son günlərində hədsiz dərəcədə arıqlayan Eldəniz həyat eşqi, sənət sevgisi doğal orqanizm gücü sayəsində dözürmüş. Bir kərə dostlarından birinə deyib ki, məni məndəki çoxsaylı xəstəliklərinbaş qəhrəmanıöldürəcək. Elə belə olub. Həminbaş qəhrəmanisə, teatral terminlə desək, “həyatdan götürülmüşdü”. Belə ki, o, 26 sentyabr 2000-ci ildə aktyor Arif Quliyevlə qastrola (Astaraya) yollanır. Nahar etməkçün maşınlarını Kürdəmirdə saxlayıb, “boğazlarını yaşlamalıolurlar. Yeməkxanadan çıxıb hündür pilləkəndən ehtiyatsızlıqla düşən Eldəniz yıxılır, qıçı sınır onu təcili olaraq Bakıya - Travmatologiya Ortopediya Xəstəxanasına çatdırırlar. Xəstəxanada yatdığı 2 aya yaxın müddətdə çox dramatik məqamlar yaşanır; ürəyi, qara iyəri xəstə, şəkəri, ağrıları olan aktyor ayağında ağır əməliyyata da məruz qalır. Amma ayağını düzgün bitişdirməyibmişlər, düz bir il ağrı ilə yaşayıb, sonra heç gəzib-yeriyə bilməyib...

Bu ağrılı əhvalatı yüngüllədəsi -

 

Balaca birməşqulat”...

 

Eldəniz Yaponiyadan gətirilmiş (özü çox işlənmiş) sükanı sağda olan bir maşın alır əlbəəl gəlir Mikayıl Mirzənin yanına ki, getdikyumağa”. Şıx çimərliyindəki kababxanada yeyib-içib, şəhərə qayıdandaAzneft”də dayanmış yol milisi (polisi) görür, bir maşın ləngər vura-vura gəlir. Əl eləyib saxlatdırır, Eldənizsə şığıyır onun üstünə ki: “ var, alə, istəyirsiz, bu camaatdan? Niyə bu zəhmətkeş xalqı incidirsiz? Hələ bu iki böyük sənətkarı demirəm!”

Bu dəm Mikayıl Mirzə maşından düşüb girir Eldənizin qoluna, milis işçisindən üzr istəyib həmkarını çəkir maşına tərəf. Sol qapını açıb Eldənizirularxasına oturdur, özüsə qayıdır milisin yanına ki, bir az dil-ağız etsin. Deyinə-deyinə əlini sükana atan Eldəniz görür ki, bay, sükan yoxdu. Cəld hərəkətlə düşüb yapışır milisin yaxasından ki: “Bura bax, alə, Eldəniz səninçün hərif-zaddu bəgəm?! Tez elə, rulumu bəri ver!..”

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.15.