Van film festivalının Ən yaxşı aktrisası

 

Oktyabrın 28-dən noyabrın 1-dək Türkiyənin Van şəhərində 5-ci Van gölü Beynəlxalq film festivalı keçirilib. Festivalda ölkəmizi İlqar Safatın İçərişəhər Mirbala Səlimlinin Qırmızı bağ bədii filmləri təmsil edib.

Təhminə Rafaella İçərişəhər filmindəki roluna görə festivalın Ən yaxşı aktrisa mükafatına layiq görülüb. Bu barədə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasından məlumat verilib.

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanfilm kinostudiyasında lentə alınan ekran əsərinin ssenari müəllifləri Təhminə Rafaella İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova digərləri canlandırıblar.

İçərişəhər bədii filmi noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək 20-ci Qaranlıq gecələr Beynəlxalq film festivalına dəvət alıb. Film festivalın Forum proqramında nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.16.