Antalya Ekspo 2016 sərgisində Azərbaycan pavilyonu birinci yer tutub

 

Türkiyənin Antalya şəhərində keçirilən oktyabrın 30-da başa çatan Antalya Ekspo 2016 Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonu birinci yer tutub. Azərbaycan pavilyonu birinciliyi eksteryer interyer bağçası nominasiyasında əldə edib. Bu kateqoriyada birinci yeri Azərbaycanla yanaşı, Çin, Almaniya, Koreya Respublikası, Qətər, Tailand Yaponiya pavilyonları bölüşüb.

Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulmuşdu.

Milli pavilyonda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi bağçılıq mədəniyyəti nümayiş etdirilib, həmçinin Azərbaycana həsr olunan sənət növlərindən ibarət sərgilər təqdim edilib.

Eksteryer interyer bağçası kateqoriyası üzrə ikinci yeri Nepal, Macarıstan, İtaliya, Yaponiya, Niderland, Sinqapur, üçüncü yeri Gürcüstan, Qazaxıstan, Keniya, Türkmənistan Hindistan tutub.

Antalya Ekspo 2016nın təşkilat komitəsinin sədri, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib ki, aprelin 22-də açılan sərgi 191 gün ərzində 4,5 milyondan artıq yerli və əcnəbi ziyarətçi qəbul edib.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.16.