Konfrans çərçivəsində daha iki seminartreninq keçiriləcək

 

 

Ötən teatr forumlarının ənənəsinə uyğun olaraq IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində də müasir teatrın aktual mövzuları ilə bağlı seminar və treninqlər keçirilir. Noyabrın 6-da Dövlət Rus Dram Teatrında ispaniyalı mütəxəssis Boris Daussa-Pastorun treninqi, Dövlət Musiqili Teatrında rusiyalı Pavel Rudnevin seminarı oldu.

Noyabrın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Aktyor sənətində improvizə” mövzusunda treninq (aparıcı Andrey Sidelnikov), Dövlət Musiqili Teatrında isə “Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar” (Devid Pərriş) mövzulu seminar keçiriləcək.

Konfransa qatılan beynəlxalq teatr qurumlarının üzvləri bu təşkilatlarda təmsil olunan Azərbaycan teatrlarının nümayəndələri ilə də bir araya gələrək işgüzar və yaradıcılıq görüşləri keçirirlər.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.3.