Azərbaycanda beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil edilir

 

 

IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak etməkdən məmnunam. Belə mötəbər tədbirə dəvət olunduğuma görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm.

Bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Assiri (Səudiyyə Ərəbistanı) deyib.

Qonaq bildirib ki, IV Bakı Beynəlxalq Teatr Konfransı müxtəlif ölkələrin teatrşünasları tərəfindən müasir teatrın problemlərinin müzakirə edilməsinə və həll yollarının tapılmasına imkan yaradacaq.

Azərbaycan teatrları haqqında məlumatlı olduğunu bildirən İbrahim Assari sentyabr ayında II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etdiyini, tamaşalarımıza maraqla baxdığını diqqətə çatdırıb. Qonaq beynəlxalq tədbirlərin Azərbaycanda çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.3.