Müasir teatrın problemlərinin müzakirəsi üçün vacib platforma

 

 

Bakı Beynəlxalq Teatr Konfransında yenidən iştirakımdan çox məmnunam. İki il əvvəl keçirilmiş III Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmişəm. Hələ keçən dəfə şəhərinizə valeh olmuş, konfransın çox yüksək səviyyədə təşkilindən məmnun qalmışdım. Odur ki, bu tədbirə yenidən qatılmaq arzusunda idim.

Bu sözləri jurnalistlərə müsahibəsində almaniyalı professor, “PianopianissimoMusiqi Teatrının baş direktoru Peter Paxl deyib.

Plenar iclasdaBayroyt və Bakı - Reynin qızılı və təmiz neftmövzusunda çıxış edəcəyini diqqətə çatdıran P.Paxl konfransda teatrla bağlı aktual məsələlərin müzakirə edilməsinin əhəmiyyətini vurğulayıb. O, bu cür tədbirlərin müasir teatrın aktual problemlərinin müzakirəsi üçün vacib platforma olduğunu qeyd edib.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.4.