Rusiyalı qonaqlar üçün cənub bölgəsinə tur təşkil edilib

 

 

2-3 noyabr tarixində Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumunun Həştərxan vilayətindən olan nümayəndə heyəti üçün Azərbaycan bölgələri ilə tanışlıq məqsədilə Lənkəran və Astaraya tur təşkil olunub.

Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilən tur zamanı qonaqlar Lənkəranın tarix və mədəniyyət abidələri ilə tanış olub, turizm baxımından maraqlı olan məkanları gəziblər, Lənkəran mətbəxinin nümunələrini dadıblar.

Astara rayonunda termal su mənbələrinə, rayonun turizm məkanlarına gəzinti təşkil olunub. Qonqlara TİM tərəfindən hazırlanan Lənkəranın turizm potensialını təbliğ edən buklet, flayer, təqvim və videoçarx olan DVD disklər təqdim olunub.

Nümayəndə heyəti üzvləri göstərilən xidmətlərə görə təşəkkür edərək bölgənin turizm potensialına böyük maraq göstərdiklərini və yaxında daha geniş əməkdaşlıq qurulması ilə bağlı müraciət edəcəklərini bildiriblər.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.8.