Los-AncelesdəYeddi gözəlbaletinə həsr olunmuş gecə

 

Azərbaycanın Los-Ancelesdəki (ABŞ) baş konsulluğunda dahi bəstəkar Qara QarayevinYeddi gözəlbaletinə həsr olunmuş gecə keçirilib. Tədbirdə Los-Ancelesdə yerləşən Cedars-Sinai Tibb MərkəzininBir ürək xilas etfondunun üzvləri, sənətsevərlər, eləcə kimya üzrə Nobel mükafatçısı Arye Vorşel iştirak edib.

Baş konsul Nəsimi Ağayev ölkəmizin zəngin mədəniyyət tarixindən söz açaraq, Nizami Gəncəvinin eyniadlı əsəri əsasında Qara Qarayev tərəfindən bəstələnmişYeddi gözəlbaletinin milli mədəniyyət xəzinəmizin ən qiymətli əsərlərindən biri olduğunu vurğulayıb. Q.Qarayevin yaradıcılığı haqda məlumat verən diplomat dahi bəstəkarın 1961-ci ildə ABŞ-a səfər edərək Los-Anceles Musiqi Festivalına qatılmasını festivalda onunİldırımlı yollarlaəsərini ikiqat “Oskar” mükafatçısı, tanınmış bəstəkar Franz Vaksmanın dirijorluğu ilə simfonik orkestrin ifa etməsini diqqətə çatdırıb.

Bir ürək xilas etfondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi Azərbaycan musiqisinin amerikalı sənətsevərlərdə daim dərin rəğbət hissi yaratdığını qeyd edib.

Gecədə əvvəlcə “Yeddi gözəl” baletinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə 2014-cü ildə Kaliforniyanın San-Dieqo şəhərində uğurla keçən premyerasının videoyazısı nümayiş etdiri

 

Mədəniyyət.-2016.- 9 noyabr.- S. 13.