Milli Dram Teatrında “Vəsiyyət”

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilmiş “Vəsiyyət” tamaşasının premyerası olub.

İkihissəli komediyanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Rolları əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev və başqaları ifa edirlər.

Səhnə əsərinin süjeti Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanları mənəvi kamilliyə səsləyir.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.12.