Xalça Muzeyində Mənim bayrağım adlı tədbir keçirilib

 

Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsi tərəfindən 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Mənim bayrağım adlı tədbir keçirilib.

Şöbə müdiri Azər Abdullayev çıxış edərək bildirib ki, bayraq millət və dövlət kimi varlığımızın sübutudur. Uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı bundan sonra da qoruyacaquca tutacağıq.

Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət Mənim bayrağım adlı rəsm sərgisi və dekorativ-tətbiqi sənət nümunələri, həmçinin Avropa liseyi şagirdlərinin ifasında mahnılar və şeirlərdən ibarət kompozisiya qonaqlara təqdim olunub.

 

Mədəniyyət.-2016.- 9 noyabr.- S. 13.