Sumqayıtdakı Poeziya evində növbəti görüş

 

 

Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində Mədəniyyət və Turizm idarəsi və Corat qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızı ilə görüş keçirilib. Görüşə Məleykə Alıqızının tələbələri və sənət dostu, aktrisa Həlimət Sultan da qatılıb.

Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov iştirakçıları salamlayaraq bu qəbildən olan görüşlərin şəhər əhalisində böyük maraq doğurduğunu vurğulayıb.

Daha sonra söz sənətkarlara verilib. Tamaşaçılar Məleykə Alıqızının Həlimət Sultanın ifasında Əhməd Cavad, Almas İldırım, Musa Yaqub Ramiz Rövşənin şeirlərini maraqla dinləyiblər. Tələbələr müəllimləri haqqında xoş sözlər söyləyib, sevgi arzularını ifadə ediblər. Gənc müğənni Emin Nəsirlinin ifasındaÇırpınırdın, Qara dənizmahnısı, muğam üçlüyünün ifasında muğam parçaları xalq mahnıları səslənib.

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.15.