Bir kərə yüksələn bayraq, bir daha enməz!

 

Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirilib

 

Bakı Xoreoqrafiya Akademiyasında Dövlət Bayrağı Günü qeyd edilib.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev bayrağımızın Azərbaycan xalqının tarixi keçmişi, dövlətçilik ideyalarının formalaşması və milli özünüdərk prosesində yeri haqqında danışıb. Qeyd edib ki, hər bir millətin bayrağı onun milli kimliyinin, milli ideologiyasının ifadəsidir. Vurğulanıb ki, bu gün Azərbaycan bayrağı dünyanın mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır.

Sonra tədris ocağının müəllimləri mövzu ilə bağlı çıxış ediblər.

Tədbir akademiyanın müəllim, şagird tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Dövlət bayrağına həsr olunmuş şeirlər səslənib, milli rəqslər ifa olunub.

Tədbirdə qonaq qismində Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Vaqanova adına Rus Baleti Akademiyasının əməkdaşları da iştirak ediblər.

* * *

Noyabrın 9-da Azərbaycan Xalça Muzeyində Şuşa Rayon Mədəniyyət Turizm Şöbəsi, muzeyin Şuşa filialı Respublika Texniki Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə УBir kərə yüksələn bayraq, bir daha enməzadlı tədbir keçirilib.

Xalça Muzeyi Şuşa filialının əməkdaşı Səbinə Əzizova çıxış edərək bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə tariximiz, milli dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva milli-mənəvi dəyərlərimizin qorunmasında ulu öndər Heydər Əliyev ölkə başçısı İlham Əliyevin xidmətlərindən söhbət açıb.

Tədbirin bədii hissəsində Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzinin hazırladığı mahnılar şeirlərdən ibarət ədəbi-musiqili kompozisiya təqdim olunub.

* * *

Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsi ilə Gənclər və İdman idarəsi Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir təşkil edib. İştirakçılar Bayraq meydanına qədər yürüş ediblər. Meydanda konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.7.