Alim Qasımovun Paris Filarmoniyasında konserti

 

 

Paris Filarmoniyasında Xalq artisti Alim Qasımovun Əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib. Konsert Paris Şəhər Teatrı ilə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə gerçəkləşib.

Proqramda Alim Qasımov qızı ilə birlikdə bir sıra muğamlar, xalq bəstəkar mahnıları təsniflər ifa edib. Xanəndələrimizin çıxışları tamaşaçıların alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, tanınmış muğam ustası Alim Qasımov iyirmi ilə yaxındır Fransanın müxtəlif şəhərlərində konsertlər verir. Fransalı musiqisevərlər onun yaradıcılığı ilə yaxından tanışdırlar.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.9.