Özbəkistan saytında Bakıdakı beynəlxalq çörək festivalı barədə məqalə

 

 

Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə kultura.uz portalı bu yaxınlarda Bakıda keçirilmiş beynəlxalq çörək festivalı barədə məqalə yayıb.

Məqalədə bildirilir ki, Azərbaycan Mədəniyyət və Turizm NazirliyiMilli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivala Türkiyə, Özbəkistan və Qırğızıstan nümayəndələri qatılıblar. Tədbirdə qonaqlara Azərbaycanda çörəkbişirmə mədəniyyəti və ənənələri haqqında məlumat verilib, xalq mahnıları və muğamlar səslənib.

 

Mədəniyyət.- 2016.- 11 noyabr.- S.10.