Türkdilli ölkələrin Milli Kitabxana direktorları Ankarada görüşəcək

 

 

Noyabrın 16-da Ankarada türkdilli ölkələrin Milli Kitabxana direktorlarının ənənəvi toplantısı keçiriləcək. Tədbirdə Türkiyə mədəniyyət və turizm naziri Nəbi Avcı, Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan (Rusiya Federasiyası), Qaqauz Yeri (Moldova) milli kitabxanalarının rəhbərləri iştirak edəcək. Tədbirin birinci hissəsində çıxış və təqdimatlar, ikinci hissəsində isə konfrans çərçivəsində görüşlər olacaq.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.3.