Unudulmaz aktyorun 65 illik yubiley gecəsi

 

 

Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli kino teatr xadimi Yaşar Nurinin (1951-2012) 65 illik yubileyi münasibətilə xatirə tədbiri keçirildi.

 

Mədəniyyət Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşən gecədə tanınmış mədəniyyət incəsənət xadimləri, mərhum sənətkarın sənət dostları yaxınları iştirak edirdi.

Əvvəlcə iştirakçılar Yaşar Nurinin sənət yolunu əks etdirən fotosərgi ilə tanış oldular.

Tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək unudulmaz sənətkarın həyat yaradıcılığından söz açdı. Bildirdi ki, biri-birindən maraqlı obrazlar yaradan aktyorun teatr kino sənətinin inkişafında əvəzsiz xidmətləri olub: "Yaşar Nuri teatr aktyoru kimi tanınmaqla yanaşı, həm məşhur kino ustası kimi sevilib. 50-dək bədii filmdə yaratdığı obrazları sənətkara geniş tamaşaçı auditoriyası qazandırıb”.

Vurğulandı ki, Yaşar Nuri yüzdən çox televiziya tamaşasında yaratdığı obrazlarla, biri-birindən maraqlı bədii kompozisiyalar satirik səhnəciklərdə tamaşaçılar tərəfindən hər zaman sevilib, alqışlanıb. Onun rol aldığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Göz həkimi”, “Ac həriflər” başqa televiziya tamaşaları bu gün böyük maraqla baxılır. Buna görə Yaşar Nuri əsl sənətkar kimi hər zaman xalqın yaddaşında əbədi yaşayacaq.

Ədalət Vəliyev sənətkar haqqında xatirələrini bölüşərək onu böyük aktyor olmaqla yanaşı, həm əsl dost, qayğıkeş ailə başçısı kimi xarakterizə etdi.

Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət görkəmli aktyorun yaratdığı obrazlar qalereyasına nəzər saldı. Qeyd etdi ki, sənətkarın çoxsaylı tamaşalarda bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru dərin psixoloji yozumu ilə səciyyələnib. Onun işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq mədəniyyətimiz var olduqca, Yaşar Nuri hər zaman yad olunacaq.

Çıxışlarda Yaşar Nurinin zəngin yaradıcılıq axtarışları ilə milli teatr kino sənətinin inkişafına dəyərli töhfələr verdiyi qeyd olundu. Vurğulandı ki, aktyor təkrarolunmaz fərdi ifadə üslubu manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirib.

Xatirə gecəsində sənətkarın vaxtilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olundu.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.4.