Gənclərə dəstək layihəsində növbəti konsert

 

Noyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında Gənclərə dəstək adlı layihə çərçivəsində növbəti konsert proqramı təşkil olunacaq.

Konsert proqramında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Teymur Göyçayev) müşayiəti ilə solist Aytən İbrahimova pianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyaları səsləndirəcək. Layihə respublikanın istedadlı gənc ifaçılarına dəstək olmaq məqsədilə həyata keçirilir.

 

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.5.