Görkəmli sənətkarın 75 illik yubileyi qeyd edilib

 

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında görkəmli teatrkino aktyoru, Əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Rasim Balayev, Nurəddin Mehdixanlı, Akademik Milli Dram Teatrının aktyorları və Xəzər rayonunun mədəniyyət və təhsil işçiləri iştirak ediblər.

Yubiley gecəsində görkəmli sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub, Müslüm Maqomayev adına 26 saylı Onbirillik musiqi məktəbinin “Fantaziya” skripkaçılar ansamblının, Mərdəkan Mədəniyyət sarayının muğam üçlüyünün, “Lalələr” rəqs ansamblının ifaları təqdim olunub. Çıxış edənlər sənətkarın həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda Hamlet Xanızadənin qızı Xumar Xanızadə təşkilatçılara və bütün qonaqlara təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.13.