İstanbulda rəssam soydaşımızın fərdi sərgisi

 

 

Noyabrın 14-də İstanbulda azərbaycanlı rəssam Əbülfəs Fərəcovun fərdi rəsm sərgisi açılıb.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun təmsilçiləri, rəssamın sənət dostları, media nümayəndələri iştirak ediblər. Sərgidə rəssamın yağlı və akril boyalarla kətan üzərində çəkilmiş 23 əsəri nümayiş olunur.

Açılış mərasimində çıxış edən rəssam Əbülfəs Fərəcov fiqurativsoyut ekspressionizm janrlarında çəkdiyi əsərlərin məzmunu barədə iştirakçılara məlumat verib.

Türkiyənin “Ziraat bankı”nın sponsorluğu ilə bankın “Bəyoğlu-tunel” filialında keçirilən sərgi dekabrın 3-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.10.