Bakı Uşaq Teatrının kollektivi türkiyəli tələbələrin qonağı olub

 

 

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrının kollektivi Türkiyədə XI Beynəlxalq Bilecik Teatr festivalında iştirak edir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, festival çərçivəsində Bilecik Şeyx Edebalı Universitetində Bakı Uşaq Teatrının kollektivi ilə görüş keçirilib. Görüşdə Azərbaycan teatrı ilə bağlı məlumat verilib. Tələbələr teatrın festivalda nümayiş olunacaq “Vətən” və “Sıravi Dursun” tamaşalarına dəvət olunublar.

Daha sonra teatrın kollektivi Bilecik Bələdiyyəsinin təşkilatçılığı ilə Şeyx Edebalı türbəsini, Bilecik Osmanlı Padşahları Tarix Muzeyinibir çox görməli yerləri ziyarət ediblər.

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.13.