Dərsfilmi Hindistana beynəlxalq festivala gedir

 

 

Rejissorlar Rafiq Əliyev Cavid TəvəkkülünDərsbədii filmi Hindistan paytaxtına, 5-ci Dehli Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb. Festival 3-9 dekabr tarixində keçiriləcək.

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında lentə alınan film bu yaxınlarda Rusiyada 25-ci “KinoşokBeynəlxalq Film Festivalının Belarusda 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının mükafatlarına layiq görülüb.

Filmin ssenari müəllifləri Elza Ağayeva Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova digərləri oynayırlar. Ekran əsəri uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa həyata baxışlarından bəhs edir.

 

* * *

Yeri gəlmişkən, noyabrın 16-da Nizami Kino MərkəziCığırİctimai Birliyinin himayəsində olan uşaqlar üçünDərsfilminin nümayişini keçirib.

Nümayişdən sonra ictimai birliyin həmtəsisçisi və sədri dosent Yeganə Mirzəyeva, həmtəsisçi Günel Ələkbərova kino mərkəzinin əməkdaşlarına yaratdıqları şəraitə görə təşəkkürlərini bildiriblər. Bu aksiyaların uşaqların mədəni zövqünün formalaşmasında böyük rol oynadığı qeyd edilib.

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.16.