Nəsibə Zeynalovanın çəkildiyi filmlərin nümayişi

 

 

Nizami Kino Mərkəzində Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi ilə əlaqədar görkəmli sənətkarın çəkildiyi filmlərin nümayişi başlanır.

Noyabrın 23-də “Bəyin oğurlanması”, ayın 24-də “Bizim Cəbiş müəllim”, 25-də “Qanun naminə”, 26-da isə “Qayınana” filmləri şəhər sakinlərinə və qonaqlarına təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir. Seansların saatı barədə Nizami Kino Mərkəzindən (tel: (012) 493 28 18) məlumat almaq olar.

 

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.2.