Gənc Tamaşaçılar Teatrının fəaliyyəti “Baku” jurnalında

 

 

Heydər Əliyev Fondunun vitse-prezidentiFondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın baş redaktorluğu ilə nəşr olunanBaku” jurnalının noyabr-dekabr sayı işıq üzü görüb. Jurnalın bu sayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiyanın Perm şəhərində keçirilmiş II Beynəlxalq Martin MakDonax Teatr Festivalındakı uğurlu iştirakı haqqında məqalə də yer alıb.

Vurğulanır ki, teatrın “Gözəllik kraliçası” tamaşası festivalın ən parlaq hadisəsi olub. Martin MakDonax Şekspirdən sonra dünyada ikinci dramaturqdur ki, onun pyesləri Londonun dörd məşhur teatrında bu günnümayiş olunur.

Məqalədə diqqətə çatdırılır ki, teatrın festivalda nümayiş etdirdiyi tamaşa ingilis rejissoru Yan Vilyem Van Den Boş tərəfindən hazırlanıb. Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” 40 yaşlı qızın 70 yaşlı anası ilə yaşamını əsk etdirir. Tamaşada peşəkar aktyor oyunundan söz açan məqalə müəllifinin sözlərinə görə, “Gözəllik kraliçası” hər bir insanın öz xoşbəxtliyi və bu xoşbəxtliyin onun yaxınlarına təsiri haqqında düşünməyə vadar edir.

 

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.6.