Bədii obraz üzərində prosesi

 

 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Baletmeyster kafedrasının təşkilatçılığı ilə “Bədii obraz üzərində prosesimövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Həsənova mövzunun aktuallığını diqqətə çatdırıb.

Baletmeyster kafedrasının müəllimləri Əməkdar incəsənət xadimi Rimma Məmmədova, Əməkdar artist Ayan Mir-Qasım, Leyla ZülfüqarovaSevinc Vəliyeva, Musiqi fənləri kafedrasının baş müəllimi Lalə Hüseynli incəsənətin müxtəlif növlərində, ələlxüsus da xoreoqrafiya, teatrmusiqi sənətində bədii obrazın yaranma şəraiti, onun yaranması üçün istifadə edilən köməkçi vasitələrdən danışıblar.

Qeyd edilib ki, bədii obrazın təcəssümü hər bir sənətkarın peşəkarlıq səviyyəsinin göstəricisidir. Hər bir çıxış BXA-nın orta ixtisasbakalavr pilləsi tələbələrinin ifasında səhnəciklərlə müşayiət olunub. Məruzəçilər bədii obrazların yaradılması işində milli xoreoqrafiya sənətimizin parlaq nümayəndələrindən biri olan Xalq artisti Xumar Zülfüqarovanın xüsusi ustalıq və məharətə malik olduğunu vurğulayıblar.

Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, dosent Sonaxanım İbrahimova, Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Klassik rəqs kafedrasının müdiri Mayra Almaszadə, peşəkar qrim ustası Sevda Səmədova mövzu ətrafında çıxış ediblər.

Dəyirmi masanın sonunda X.Limonun quruluş verdiyi bədii obrazlarla zəngin H.PörsellinPavana mavra” birpərdəli baleti nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.6.